Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-22, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Sabah Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Nərminə Novruzova

Next Post

Ucarda ilkin səpin aparılan taxıl sahələrinin suvarılmasına başlanılıb

Ca Okt 29 , 2020
Ucar rayonunda payızlıq taxıl əkini davam edir və artıq 3120 hektarda səpin aparılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda hər gün sahələrə 20 şum traktoru, 12 səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkiləcək Müsüslü, Yuxarı Şilyan, Boyat, Qaradağlı və bir sıra digər […]
Ucarda ilkin səpin aparılan taxıl sahələrinin suvarılmasına başlanılıb