Kəsmiklə KRAL PİROQU

Kəsmiklə KRAL PİROQU

İnqrediyentlər:

  • 200 qr kərə yağı
  • 2 stəkan un
  • 1 stəkan şəkər tozu (stəkanın 1/3 hissəsi – xəmirə, 2/3 – kəsmiyə)
  • 1 ç.q. qabartma tozu
  • 500 qr yağlı kəsmik
  • 3 yumurta
  • yarım ç.q. vanil

Hazırlanması:

  1. Soyuq kərə yağını sürtgəcdən keçirin, un, qabartma tozu və şəkər tozunu əlavə edin, qarışdırın ki, ovuntu alınsın.
  2. Kəsmiyə yumurta, şəkər tozu və vanil əlavə edin, yaxşı qarışdırın.
  3. Formaya yağ çəkin, ovuntunun yarısını tökün, hamarlayın, içliyi qoyun.
  4. Üzərinə qalan ovuntunu tökün.
  5. Sobanı qabaqcadan 200 C qədər qızdırın, piroqu üstü qızarana qədər bişirin.
  6. Piroqu soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

Nərminə Novruzova

Next Post

Xovlu məhrəbaları daha yumşaq etmək üçün səkkiz məsləhət

Ca Okt 29 , 2020
Bir neçə dəfə yuyulduqdan sonra məhrəbalar öz yumşaqlığını itirir və cod olur. Məhrəbalar və hamam xalatlarının yumşaqlığını saxlamaq üçün bizim məsləhətlərimizdən istifadə edin: 1. Məhrəbaları və hamam xalatları yuduqda yuyucu tozlardan deyil, duru yuyucu vasitələrdən istifadə edin. 2. Bol suda yuyun və çox sıxmayın. 3. Heç vaxt qaynatmayın və yalnız […]
Xovlu məhrəbaları daha yumşaq etmək üçün səkkiz məsləhət