Azərbaycan kartof istehsalını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın təsərrüfatlarında 950,5 min ton kartof istehsal olunub.

Azfood.az Fins.az-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,1% artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə ölkədə tərəvəz məhsullarının istehsalı ötən ilin doqquz ayı ilə müqayisədə 6,4% artaraq 1 536,0 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında 55 hektar sahədə kartof, 64,7 hektar ərazidə isə tərəvəz məhsulları əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 1,1 çox və 3,3% azdır.

AzFood

Next Post

AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb

Şb Okt 24 , 2020
“Könüllü Qida Nəzarətçisi” proqramının iştirakçıları koronavirusla bağlı maarifləndirmə tədbirlərini davam etdirir. 22 oktyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) könüllüləri Bakı şəhəri Nizami rayonunda yerləşən ərzaq satışı müəssisələrində maarifləndirmə tədbirləri aparıblar. “Könüllü Qida Nəzarətçisi” proqramının iştirakçıları AQTA tərəfindən hazırlanan maarifləndirici məlumatları istehlakçılara paylayıblar. Həmçinin könüllü qida nəzarətçiləri ərzaq mağazaları […]