Süd butulkalarındakı təhlükə – Analar, DİQQƏT!

Süd butulkalarındakı təhlükə – Analar, DİQQƏT!
“United Press International”ın xəbərinə görə, İralandiyada “Trinity College Dublin”də işləyən mütəxəssis Liwen Şiao 10 süd butulkası üzərində araşdırma aparıb.
 
AzFood xəbər verir ki, nəticələri “Nature” jurnalında yayımlanan araşdırmada 7 butulkada smes hazırlayarkən istinin təsirindən mikroplastik parçaların ortaya çıxdığı sübut edildi.
Bildirilir ki, butulkanın içərisindəki maye nə qədər isti olarsa, mikroplastik parçalar da o qədər çox artar. Həmçinin, uşaqlar gündə təxminən 1.6 milyon miktoplastik parçalara məruz qalır.
Viyana Tibb Universitetindən Philipp Schwabl isə “Təsbit edilən mikroplastik parçaların sayı çox yüksəkdir. Bu sayın aşağı endirilməsi, uşaqlara və ya ümumi olaraq sağlamlığa təsiri barədə hələki məlumatımız yoxdur”, – deyə əlavə edib.

Nərminə Novruzova

Next Post

Masallının çəltik sahələrindən 746 ton məhsul yığılıb

Ca Okt 22 , 2020
Bu il Masallı rayonunda 253,9 hektar sahədə çəltik əkilib. İndiyədək 218,4 hektar sahənin məhsulu biçilib, çəltik sahələrindən 746,2 ton məhsul yığılıb. Hər hektardan götürülən orta məhsuldarlıq 34,2 sentener təşkil edir. Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib. Qeyd edək ki, ölkəmizdə aqrar sektorda işləyənlərə göstərilən dövlət dəstəyi regionlarda, o cümlədən […]
Masallının çəltik sahələrindən 746 ton məhsul yığılıb