Payız fəslinə uyğun olan balqabaq və qozla dadlı piroq

Payız fəslinə uyğun olan balqabaq və qozla dadlı piroq

Ərzaqlar:
Xəmir üçün:
– 1 dolu stəkan un
– 100 qr kərə yağı
– yarım stəkan şəkər tozu
– 2 qaşıq soyuq su
– 1 ç.q. qabartma tozu
İçlik:
– 1 kq balqabaq
– yarım stəkan şəkər tozu
– 2 yumurta
– 3 x.q. nişasta
– 100 qr qoz
– 1 paket vanilli şəkər tozu
Hazırlanması:
1. Unu qabartma tozu ilə birlikdə ələyin, soyuq kərə yağını xırda doğrayın, barmaqlarınızla unla ovuçdurun ki, narın ovuntu alınsın.
2. Şəkər tozu və soyuq su əlavə edin, xəmir yoğurun.
3. Xəmiri formaya qoyun, qıraqları qaldırın, formanı soyuducuda 40 dəqiqə saxlayın.
4. Balqabağı təmizləyin, doğrayın, bişirin, suyu süzün, əzin.
5. Balqabağa yumurta, şəkər tozu, nişasta, vanilin, xırda doğranmış qoz əlavə edin, yaxşı qarıışdırın.
6. Xəmiri soyuducudan çıxardın, çəngəllə bir neçə yerdən deşin, içlik qoyun, hamarlayın.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 40 dəqiqə ərzində bişirin.
8. Piroqu soyudun, üzərinə pudra səpin.

Nərminə Novruzova

Next Post

Aloe vera viruslara qarşı effektivdir

Ç Okt 21 , 2020
Aloe vera çox istifadə edilən populyar bitkidir. Kosmetika məhsullarının geniş yayılmış inqrediyenti olan bu bitkidən həmçinin də kulinariya sahəsində istifadə olunur. Qədim yunanlar aloe veranı universal panaseya, qədim misirlilər isə “ölümsüzlük bitkisi” adlandırıblar. Koreya Şərq Təbabəti İnstitutunun tədqiqatçıları aloe veranı, həmçinin də virusa qarşı effektiv vasitə baxımından öyrəniblər. AzFood – […]
Aloe vera viruslara qarşı effektivdir