Aloe vera viruslara qarşı effektivdir

Aloe vera viruslara qarşı effektivdir

Aloe vera çox istifadə edilən populyar bitkidir. Kosmetika məhsullarının geniş yayılmış inqrediyenti olan bu bitkidən həmçinin də kulinariya sahəsində istifadə olunur. Qədim yunanlar aloe veranı universal panaseya, qədim misirlilər isə “ölümsüzlük bitkisi” adlandırıblar. Koreya Şərq Təbabəti İnstitutunun tədqiqatçıları aloe veranı, həmçinin də virusa qarşı effektiv vasitə baxımından öyrəniblər.

AzFood – un “MedikForum” saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat “The American Journal of Chinese Medicine” agentliyi tərəfindən dərc edilib.

Tədqiqatçılar aloe veranın A qripinin səbəb olduğu otofagiyanı inhibə edə biləcəyini aşkarlayıblar. Qeyd edək ki, otofagiya, bədəndəki zədələnmiş və ya lazımsız hüceyrə komponentlərini təmizləmək üçün orqanizmin istifadə etdiyi təbii bir prosesdir. Bu proses, virusları öldürərək virus infeksiyalarının idarə edilməsinə kömək edir. Araşdırmalar virusların autofagiyanı idarə edə biləcəyini aşkarlayıb. Bununla yanaşı, araşdırmalar ondan immun sistemini, replikasiyasını keçmək, yoluxmuş hüceyrələrdən çıxarmaq üçün istifadə oluna biləcəyin mümkünlüyünü də göstərdi.

AVE-nin kimyəvi analizi kversetinin, katexin hidratın və kempferolun aloe veranın aktiv antivirus komponenti olduğunu təsdiqləyib. Üç birləşmənin sonradan işlənib hazırlanması мРНК M2 virusunun və M2 zülalının təsirini əhəmiyyətli dərəcədə ləngidir. Birləşmənin modelləşdirməsi kversetininin, katexinin və kempferolun M2 zülalı ilə qohumluq əlaqələri məlum M2 zülalının inqibitorlarından daha yüksək ola bilər.

Bu nəticələrə əsasən, tədqiqatçılar belə bir qənaətə gəliblər ki, aloe vera H1N1 (donuz qripi) və 1968-ci ilin qrip pandemiyasına görə məsuliyyət daşıyan A tipli H3N2 üçün effektiv antivirus təsirinə malikdir. Qeyd edək ki, A tipli H3N2 qripi aktiv birləşmələrə malik olduğuna görə qrip virusunun səbəb olduğu autofagiyanın qarşısını ala bilir.

Nərminə Novruzova

Next Post

Mərci yüksək xolesterin və şəkəri sürətlə azaldır

Ç Okt 21 , 2020
Mərci qanda yüksək xolesterin və şəkər səviyyəsini sürətlə azaldan ən yaxşı qarnirlərdən biridir. Mütəxəssislər, kartof püresi və ya bişmiş ağ düyü kimi məşhur qarnirlərin mərci ilə əvəz edilməsini məsləhət görürlər. AzFood  “Natural News” portalına istinadla xəbər verir ki, bu növ paxlalılar ürək-damar sisteminin vəziyyəti üçün daha faydalıdır – belə qarnirin […]