Göyçayda doqquz ayda 6 min tona yaxın ət istehsal olunub

Azfood.az fins.az-a istinadla xəbər verir ki, Göyçayda cari ilin doqquz ayında heyvandarlıq məhsulları istehsalı üzrə bir sıra göstəricilər uğurlu olub.

Rayon statistika idarəsindən bildirilib ki, süd istisna olmaqla, heyvandarlıq məhsulları üzrə qalan göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, diri çəkidə ət istehsalı 89,2 ton çoxalaraq 5982,2 ton olub. Habelə, yumurta istehsalı 2 milyon 642 min ədəd artıb və 18 milyon 790 min ədədə çatıb. Yun istehsalı da 4 ton artaraq 124 ton təşkil edib. Doqquz ayda rayonda 15 min 781,2 ton süd istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 42,9 ton azdır.

AzFood

Next Post

AQTA karantin rejiminin tələbləri ilə bağlı monitorinqlər keçirir

Bz Okt 18 , 2020
Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən  müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı […]