Fast food nədir? Onun qorxulu zərərləri

Azfood.az milli.az-a istinadən bildirir ki Fastfood qısa bir zaman ərzində hazırlanan və hazırlanmasında bir neçə qida vasitəsindən istifadə edilən qidadır. Bu qidalara aşağıdakılar aiddir:
– hamburqer
– qızardılmış kartof (fri)
– çizburqer
– dönər
– lahmacun və s.

Əksər hallarda bu qidadan gənclər istifadə edir. Amma onlar bu qidaları qəbul etməklə özlərinə nə qədər zərər verdiklərindən xəbərsizdirlər. Belə ki, müştəri cəlb etmək üçün fastfud qidalarına dadlandırıcılar və qida aromatizatorlarının vurulduğundan xəbərsizdirlər.
Fastfud məhsullarının hamısına konservantlar qatılır. Bu konservantlar orqanizmdə xərçəng hüceyrələrinin inkişafını sürətləndirir.
Fastfudlara müxtəlif dadlandırıcılar və qida aromatizatorları əlavə edilir ki, bunlar da kimyəvi üsullarla hazırlanır. Bu dadlandırıcılar orqanizm üçün çox zərərli hesab edilir.
Fastfudların hazırlanmasında istifadə edilən ətlərin də əksəriyyətinin mənbəyi bəlli olmur. Onlara vurulan ədviyyatlar və dadlandırıcılar bu qidaların dadlı olmasına səbəb olur.
Fasfud orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur:- piylənmə
– təzyiq
– əsəbilik
– uşaqlarda inkişaf pozğunluqları.

AzFood

Next Post

Ağdaşda payızlıq taxıl əkini davam etdirilir

Şb Okt 17 , 2020
Azfood.az fins.az-a istinadən xəbər verir ki, Ağdaş rayonunda payızlıq taxıl əkini kampaniyasına başlanılıb və az vaxtda 2 min hektarda səpin aparılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 17 min hektarda payızlıq əkin aparılacağı proqnozlaşdırılır. Artıq 13 min hektarda şum qaldırılıb, şuma kifayət qədər üzvi və mineral gübrələr verilib. […]