Ağdaşda payızlıq taxıl əkini davam etdirilir

Azfood.az fins.az-a istinadən xəbər verir ki, Ağdaş rayonunda payızlıq taxıl əkini kampaniyasına başlanılıb və az vaxtda 2 min hektarda səpin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 17 min hektarda payızlıq əkin aparılacağı proqnozlaşdırılır. Artıq 13 min hektarda şum qaldırılıb, şuma kifayət qədər üzvi və mineral gübrələr verilib. Bu mühüm kampaniya üçün hər gün sahələrə 100-dən çox şum traktoru, 40-a yaxın səpin aqreqatı çıxarılır. Əkində 3 yerli toxumçuluq təsərrüfatının istehsalı olan I və II reproduksiyalı toxumlardan istifadə edilir ki, bu cür toxum kifayət qədərdir.

Hər yerdə, xüsusilə daha böyük taxılçılıq təsərrüfatına malik Ərəbocağı, Yuxarı Nemətabad, Qoşaqovaq, Ərəb və bir sıra digər ərazi dairələrində payızlıq əkinlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb.

AzFood

Next Post

Neftçalada tərəvəz yığımı başa çatmaq üzrədir

Şb Okt 17 , 2020
Azfood.az fins.az-a istinadən xəbər verir ki, Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 124 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul olub. Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov bildirib ki, bu mövsüm neftçalalı əkinçilər 124 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində […]