Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi gənclərdən 22 nəfər tələbə adını qazandı

Veysəloğlu Şirkətlər Qrupu aztəminatlı ailələrdən olan gənclərin təhsil almalarına dəstək üçün həyata keçirilən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsində iştirakını davam etdirir.

Layihə çərçivəsində artıq ikinci ildir ki, Bakı və regionlarda yaşayan yüksək intellektual qabiliyyətli və ali məktəblərdə təhsil almaq arzusunda olan gənclərin biliklərinin artırılmasına və ali təhsilə yiyələnməsinə imkan yaradılır.

Veysəloğlu Şirkətlər Qrupu 2019/2020-ci tədris ilində Hacıqabul və Yevlax rayonlarında imkansız ailələrdən olan 24 gəncin təhsil almasına maddi dəstək göstərib.

İyul-avqust aylarında ali məktəblərə qəbul üzrə keçirilən imtahanlarda gənclərdən 19-u yüksək nəticə göstərərək birbaşa ali təhsil müəssəsisələrinə qəbul olub.

Digər gənclər isə tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak edib. Onlardan 3-ü müsbət nəticə göstərərək müxtəlif kolleclərə qəbul olunub. Bununla da bu il Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi gənclərdən tələbə adı qazananların sayı 22-yə çatıb.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu 2018/2019-cu tədris ilindən bu təşəbbüsə qoşulub. Həmin tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında Şirkətlər Qrupunun dəstəklədiyi 20 şagirdin hamısı yüksək nəticələr göstərərək tələbə adını qazanıb və hazırda müxtəlif universitetlərdə dövlət sifarişli (ödənişsiz) əsaslarla təhsil alır.

Şirkətlər Qrupu indiyə qədər 44 gəncin təhsil almasına ümumilikdə 90 min AZN-ə qədər vəsait xərcləyib.

Xatırladaq ki, “Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək, bununla da Azərbaycan cəmiyyətinə savadlı və sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə çərçivəsində ali məktəblərə hazırlıqla yanaşı, gənclərə psixoloji dəstək göstərilir, onların hərtərəfli inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçirilir.

AzFood

Next Post

Qazlı içkilərin orqanizmə zərərləri

Şb Okt 17 , 2020
Azfood.az milli.az-a istinadən bildirir ki bəzi insanlar hər gün qazlı içkilərdən istifadə edir. Hətta elələri də vardir ki, qazlı içkidən su yerinə istifadə edir. Bu içkilər insanın ağzına xoş dad duyğusu bəxş etsə də, bu adamlar onların nə qədər toksik təsirə malik olduğundan xəbərsizdir. Qazlı içkilərin tərkibində olan şəkər, kalori […]