“AZGRANATA” MMC-dən Azərbaycan Ordusuna növbəti dəstək

Azərbaycanın tarixi torpaqlarını azad etmək uğrunda mücadilə edən rəşadətli ordumuza xalqın dəstəyi davam edir. Hər gün müxtəlif vətəndaşlar cəbhə bölgəsinə sovqat aparır. Ordumuza cəmiyyət dəstəyinin zəruri olduğu bir vaxtda bir çox özəl şirkətlər və iş adamları həmrəylik göstərərək hərbi hissələrə sovqatlar göndərir, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna müxtəlif məbləğlərdə vəsait köçürürlər.

Belə şirkətlər sırasında “AZGRANATA” MMC və “Mineral Sular” MMC-də yer alır. “AZGRANATA” MMC-nin İctimaiyyətlə əlaqələr meneceri Ülvi Günəşli bildirib ki, “AZGRANATA” MMC və “Mineral Sular” MMC müzəffər ordumuza bu dəfəki dəstəyini özünün “Vita1000” brendləri olaraq tanınan meyvə şirələri və mineral suları ilə davam etdirib:

“Biz cənab Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsilə bağlı qətiyyətli mövqeyini tam dəstəkləyirik. Heç kəsə sirr deyil ki, ölkə başçısının bu məsələdə verdiyi qərarlar bütün xalqımızı, o cümlədən bizi qələbəyə ruhlandırıb. Bunun üçün əlbəttə ki, bu haqq savaşında ilk növbədə biz cənab Prezidentin ətrafında sıx birləşməli, ona, eyni zamanda silahlı qüvvələrimizə mümkün olan hər cür dəstəyi verməliyik. Qürur hissi ilə bildiririk ki, bir neçə gün öncə Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürmüşük. Ordumuza dəstəyimizi davam etdirmək məqsədilə dünən Füzuli rayonunda “N” saylı hərbi hissəyə və hərbi hospitala 2457 ədəd “Vita1000” meyvə şirələrini və 2400 ədəd “Vita1000” mineral sularını çatdırmışıq. Düşünürük ki, ölkəmizdə baş verən bu tarixi zəfər döyüşləri ümummilli məsələdir və bu tarixi günlərdə belə dəstək böyük qələbələrin əldə edilməsinə kiçik də olsa, vacib töhfədir. Biz mütləq qələbə qazanacağımıza inandığımız bu günlərdə maddi və mənəvi cəhətdən Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu qürur hissi ilə bildiririk.

Qələbə bizimlədir!

Qarabağ Azərbaycandır!”

AzFood

Next Post

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Ç Okt 14 , 2020
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. “Report” xəbər verir ki, avronun məzənnəsi 0,46% azalaraq 1,9964 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0220 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1.7000 1 Avro 1.9964 1 Rusiya rublu 0.0220 1 […]
Avtomatik qaralama