Ermənistanın növbəti hədəfi “OBA” oldu

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən “OBA” marketin Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldığını bildirib.
Daim işğalçılıq siyasəti yürüdən Ermənistan öz çirkin və qeyri-insani əməllərindən yenə də çəkinmir. Belə ki, düşmən Cəbrayıl rayonunun mülki əhali yaşayan Cocuq Mərcanlı kəndini ağır artrilleriyadan atəşə tutub. 11 oktyabr tarixində Cocuq Mərcanlı kəndinə olan hücumlar zamanı düşmən zərbələrindən biri də Cocuq Mərcanlı kəndində yerləşən “OBA” marketə tuş gəlib. Nəticədə mağaza tamamilə yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı marketin fəaliyyəti müvəqqəti dayandırıldığı üçün xəsarət alan olmayıb.
Hazırda 800-dən çox marketi olan “OBA” Marketlər Şəbəkəsi isə məsələyə münasibət bildirərək, hər bir qarış torpağımızın işğaldan azad edilməsi və Cocuq Mərcanlı da daxil olmaqla, bütün torpaqlarımızda yeni “OBA” marketlərinin açılışının həyata keçirtməyi səbirsizlə gözlədiklərini bilidiriblər.

AzFood

Next Post

“AZGRANATA” MMC-dən Azərbaycan Ordusuna növbəti dəstək

Ça Okt 13 , 2020
Azərbaycanın tarixi torpaqlarını azad etmək uğrunda mücadilə edən rəşadətli ordumuza xalqın dəstəyi davam edir. Hər gün müxtəlif vətəndaşlar cəbhə bölgəsinə sovqat aparır. Ordumuza cəmiyyət dəstəyinin zəruri olduğu bir vaxtda bir çox özəl şirkətlər və iş adamları həmrəylik göstərərək hərbi hissələrə sovqatlar göndərir, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna müxtəlif məbləğlərdə […]