Dünyada koronavirusa bir günlük rekord yoluxma aşkarlandı

Dünyada koronavirusa bir günlük yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 338 779 təşkil edib.

AzFood xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilat qeyd edib ki, bu pandemiyanın başlanğıcından rekord göstəricidir.

Mütəxəssislər ən çox yoluxma hallarını Şimali və Cənubi Amerikada qeydə alıblar. Son sutkada bu qitədə təhlükəli infeksiyaya 122 715 yoluxma aşkarlanıb. Avropada son bir gün ərzində COVID-19-a 96 996 yoluxma qeydə alınıb.

Dünyada koronavirusa ümumilikdə 36 milyondan çox yoluxma aşkarlanıb. Pandemiya ərzində təhlükəli infeksiyadan 1 milyondan çox insan ölüb.

AzFood

Next Post

Tramp yenə koronavirus testi verəcək

C Okt 9 , 2020
ABŞ prezidenti Donald Tramp bildirib ki, cümə günü koronavirus analizi vermək niyyətindədir. “Report”un məlumatına görə, bu barədə o, “Fox News”a müsahibəsində bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, bununla özünün əvvəlki kimi yoluxucu olub-olmadığını müəyyənləşdirmək istəyir. “Test olacaq, ehtimal ki, sabah. Hər zaman test vermək üçün bir səbəb yoxdur”, – […]