Daha 97 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 40 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 587 nəfər müalicə olunaraq sağalıb, 598 nəfər vəfat edib, aktiv xəstə sayı 1 603 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 073, ötən müddət ərzində isə ümumilikdə 1 140 194 test aparılıb.

AzFood

Next Post

Veysəloğlu Şirkətlər Qrupu Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat ianə etdi

Be Okt 5 , 2020
Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb. Veysəloğlu Şirkətlər Qrupu bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda dövlətimizin atdığı addımları dəstəkləyir və daim ordumuzun, xalqımızın yanındadır. Qeyd edək ki, Azərbaycanda Səfərbərlik və Hərbi […]