Dənizdəki zibillərdən düzəldilmiş parçalar satılacaq

Mebel və ev üçün malların satışı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan IKEA Rusiyada ekoloji təmiz tekstil malları satacaq.

Lenta.ru xəbər verir ki, satışlar 2020-ci il oktyabrın 1-dən etibarən start götürəcək.

Tekstil mallarından ibarət kolleksiya dənizdən çıxardılan plastik kütlədən hazırlanıb. Bu cür tullantıların bir qismini ispaniyalı balıqçılar Aralıq dənizindən çıxarıblar.

Plastik kütlə xüsusi konteynerlərə qoyulur, sonra o təmizlənir, çeşidlənir, mexaniki olaraq emal olunur, emal edilmiş PET-butulkalarla qarışdırılır və nəticədə iplik və parçaya çevrilir.

AzFood

Next Post

Başqalarına sağlam arıqlamağı öyrədən məşqçi yağ yandırıcı həblərdən zəhərlənib

Ca Okt 1 , 2020
Moskvadakı elit klubun fitness məşqçisi yağ yandırıcı həblərdən zəhərlənib. Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb. Bildirilir ki, 20 yaşlı Saveliy başqalarına əzələ yığmağı və çəki atmağı öyrədir. Ancaq görünür ki, istədiyini tək qantellərin köməyi ilə ala bilməyib. O, kəskin zəhərlənmə ilə zaldan birbaşa xəstəxanaya aparılıb. Saveliydə “dinitrofenol” zəhərlənməsindən şübhələnilir. Dərmanın satışı qadağandır, […]