Fermerlərə şad xəbər

Ölkəmizdə aqrar sahəyə olan dövlət dəstəyi nəticəsində son zamanlar sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna öz töhfəsini vermək məqsədilə gubre.az aqrar ticarət şəbəkəsi gübrə qiymətlərini endirib.

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-dən AzFood-a bildiriblər ki, şirkət taxıl əkən fermerlərin gübrəyə olan ehtiyaclarını ödəmək və daha çox taxıl sahəsini gübrə ilə təmin etmək, nəticədə fermerlərimizin daha yüksək məhsuldarlıq əldə edə bilməsi üçün ammofos gübrələrinin qiymətini 48,5 manatdan 46,5 manata endirib. Artıq fermerlərimiz gubre.az satış nöqtələrində ammofos gübrəsinin 1 kisəsi üçün 13.95 manat nağd, 32,55 manat isə dövlət subsidiyası hesabına ödəməklə əldə edə bilər.

Onu da nəzərinizə çatdıraq ki, gubre.az son illərdə kənd təsərrüfatı sahəsinə dövlət dəstəyini və ölkə rəhbərliyinin bu sahəyə olan xüsusi qayğısını nəzərə alaraq, sektorun davamlı inkişafına dəstək olaraq, qiymət siyasətinə mütəmadi nəzər yetirir, fermerlər üçün daha münasib şərtlər təklif etməyə çalışır. “Aqrar İnnovasiya və Təchizat Şirkəti” bundan sonrakı dövrlərdə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən vətəndaşlar üçün təklif etdiyi xidmət səviyyəsini davamlı olaraq artırmağa, fermerlərin ehtiyaclarını yüksək səviyyədə təmin etməyə çalışacaq.

Əlavə olaraq, fermerlər gubre.az satış nöqtələrindən payızlıq əkin üçün yüksək məhsuldarlıqlı arpa, buğda və yonca toxumları da əldə edə bilərlər. Fermerlərimiz bütün toxum və bitki mühafizə vasitələrini nağd ödəniş etmədən 100 faiz dövlət subsidiyası hesabına ala bilərlər.

Şirkətin satış nöqtələrində fermerlərimizə payızlıq əkin üçün aşağıda göstərilən toxum növləri təklif edilir:

– P.P.Lukyanenko adına Rusiya Milli Toxum Mərkəzinin istehsalı olan yüksək məhsuldarlığa malik “Alekseiç” sortu və quraqlığa, şaxtaya davamlı “Bezostaya-100” sortu elit və birinci reproduksiyalı buğda toxumları;

– Azərbaycan Respublikasının torpaq və iqlim şəraitində illərlə sınaqdan keçmiş “Qarabağ-22” və “Xutorok” sortu arpa toxumları;

– Almaniyanın məşhur toxum istehsalçısı Freudenbergerin istehsal etdiyi “Proqreen” markalı “Plato” sortu nitrogeneratorlu, şaxtaya davamlı və yüksək məhsuldarlığa sahib yonca toxumları.

Qeyd edək ki, gubre.az “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə məxsus kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşmış aqrar ticarət şəbəkəsidir. Şirkət 200-dən artıq satış nöqtəsi ilə respublikanın regionlarında fermerlərə toxum, gübrə və müxtəlif növ aqrokimyəvi məhsulların satışını həyata keçirir. Satış şəbəkəsi aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı nəticəsində kənd təsərrüfatı istehsal vasitələri bazarının liberallaşmasından sonra yaradılıb.

Fermerlərimiz ərtraflı məlumat üçün 828 qısa nömrəsinə zəng edə və yaxud www.gubre.az internet səhifəsinə keçid edə bilərsiniz.

Əlaqə nömrəsi: +99450 828 28 28.

https://www.youtube.com/watch?v=uagaEVU7txw&ab_channel=FERMER%C4%B0NDOSTU

https://www.instagram.com/gubre.az/

https://www.facebook.com/femerindostu

[email protected]

Nurlan

Next Post

Bu xəstəlikləri olanlar xurma yeməməlidir

Şb Sen 26 , 2020
“Mədə-bağırsaq pozuntusu olan insanların xurma yeməsi məqsədəuyğun deyil”. AzFood.az xəbər verir ki, bunu Milli Klinik Qidalanma Assosiasiyası İttifaqının diyetoloqu Anna İvaşkeviç söyləyib. Mütəxəssisin sözlərinə görə, bu məhsulun böyük miqdarda istehlakı sağlam insanlarda da pozuntuya yol aça bilər. “Məsələ burasındadır ki, bu məhsulda əsasən kal meyvələrə xas olan çox sayda tanin […]