Bu xəstəlikləri olanlar xurma yeməməlidir

“Mədə-bağırsaq pozuntusu olan insanların xurma yeməsi məqsədəuyğun deyil”.

AzFood.az xəbər verir ki, bunu Milli Klinik Qidalanma Assosiasiyası İttifaqının diyetoloqu Anna İvaşkeviç söyləyib.

Mütəxəssisin sözlərinə görə, bu məhsulun böyük miqdarda istehlakı sağlam insanlarda da pozuntuya yol aça bilər.

“Məsələ burasındadır ki, bu məhsulda əsasən kal meyvələrə xas olan çox sayda tanin var. Xurmada həmçinin böyük sayda bitki lifi var. Bu maddələr mədə və bağırsağa mənfi təsir göstərir”, – uzman vurğulayıb.

A.İvaşkeviç izah edib ki, tanin turşuları nazik bağırsağın sekresiyasını azaldır və peristaltikanı pisləşdirir. Diyetoloq gündəlik 3 meyvədən çox yeməməyi, həmçinin xurmanı uşaq rasionuna əlavə etməməyi tövsiyə edib.

Nurlan

Next Post

Yumurtanın köhnə olduğunu necə bilmək olar? - FOTO

Şb Sen 26 , 2020
Zülal mənbəyi olan yumurtanın faydaları saymaqla bitmir. Tərkibi vitamin və minerallarlarla zəngindir. İnsanı uzun müddət tox saxlayır və metobalizmi sürətləndirir, beyin və ürək-damar sistemi üçün olduqca faydalıdır. Təbii ki, bütün bu sadalananlar təzə yumurtaya aiddir. Bəs yumurtanın təzə olub olmadığını necə bilmək olar? AzFood.az bunu yoxlamağın asan yolunu təqdim edir: […]