Bu vitaminin defisiti prostat vəzi xərçənginin riskini artırır

Böyük Britaniya alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, kişi orqanizmində D vitamininin çatışmazlığı prostat vəzi xərçənginin riskini xeyli artırır.

AzFood.az xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırmada 2009-cu ildən 2014-cü ilə qədər prostat vəzi şişi xaric edilmiş 190 kişi iştirak etmişdir. Alimlərin fikirinə görə, D vitamini çatışmazlığı kişilərdə prostat vəzi xərçənginin aqressiv formalarının riskini 46% artırır.

Alimlər belə hesab edir ki, orqanizmdə D vitamininin miqdarının normaya düşməsi bu xəstəliyin inkişafı riskini azalda bilər. Bunun üçün kişinin rasionunda D vitami və kalsiumla zəngin olan qidalar olmalı, kişi tez-tez açıq havada olmalıdır.

Bundan əlavə araşdırmalar göstərib ki, prostat vəzi xərçəngi olan kişilərdə orqanizmdə bu vitaminin aşağı səviyyəsi xəstəliyin aqressiv gedişatına işarə edir.

Nurlan

Next Post

Naxçıvanda ənənəvi “Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək

Şb Sen 26 , 2020
Sentyabrın 26-27-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ənənəvi “Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək. AzFood.az xəbər verir ki, festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı-sahibkarlar öz təsərrüfatlarının məhsullarını sərgiləyəcək və satacaqlar. Tədbirdə incəsənət ustalarının ifa edəcəyi bir-birindən gözəl musiqi nömrələri, arıçılıq məhsullarının nümayiş olunduğu dekorasiyalı stendlər qonaqlara təqdim olunacaq. Artıq […]