Soyuq havanın əvəzolunmazı – TURŞULARIN FAYDALARI

Kələm, çuğundur, qarğıdalı, lobya, sarımsaq kimi bir çox növü və ləzzəti olan turşular soyuq havaların ən gözəl qidalarındandır. Mütəxəssislər qeyd edirlər ki, turşular sağlamlığımız üçün də faydalıdır. Amma tərkibində yüksək miqdarda duz olduğuna görə hər gün , aşırı miqdarda yeyilməməmlidir. Sağlam insanlar turşuları həftənin 2 günü, maksimum bir ovuc içi qədər yeməlidir. Bu yüksək təzyiq, diabet, böyrək çatışmazlığı və mədə xəstəlikləri olan insanlarda problemlərə səbəb ola bilər. Ona görə də lazım olarsa heç yeməməlidirlər.

Bəs turşunun faydaları nələrdir?

Azfood Milli.Azmedicina.az-a istinadən həmin araşdırmanı təqdim edir:

İmmun sistemini dəstəkləyir

Meyvə və tərəvəzlərdən olan turşu tərkibində immun sistemini gücləndirən bir çox vitamin, mineral və antioksidandan ibarətdir. Turşular bədəndəki antioksidan müxtəlifliyini artırdığı üçün daha çox faydalıdır. Bunlardan daha çox çuğundur və kələm turşusu məsləhətlidir. Yüksək antioksidan tərkibi ilə tərəvəzlərdən hazırlanan turşular soyuqdəyməyə qarşı da qoruyur. Turşu kimi fermentləşdirilmiş qidalar yeməklərlə birlikdə yeyildiyində tərkibində yer alan sirkə sayəsində insulin düşməsini normaya salaraq daha nəzarətli bir qan şəkəri təşkil edir. Amma diabet, təzyiq və böyrək probleminiz varsa turşu yemək sizin üçün riskli ola bilər.

Əzələ ağrıları üçün faydalıdır

Turşunun digər önəmli faydası itirilən su və mineralların yerinə oturmasına dəstək olmasıdır. Həmçinin tərkibindəki sirkə ilə əzələ ağrıları üzərində də təsiri vardır. “Medicine & Science in Sports and Exercise” adlı bir jurnalda yayımlanan məqalədə susuz qalan kişi idmançılarda 1/3 stəkan turşu suyunun əzələ ağrılarına faydalı olduğu qeyd edildi.

Çəkiyə nəzarətə kömək edir

Turşu yüksək miqdarda lif tərkibli olduğu üçün xüsusi ilə də yeməklə bərabər yeyildiyində qidaların mədəni tərk etmə vaxtı yavaşlayır, bununla da toxluq hissi uzun müddət davam edir. Tərkibindəki sirkə qaynaqlı asidlər bədəndə yağ yığılmasının da qarşısını alır. Həm aşağı kalorili olamsı, həm də qəbzliyə qarşı təsirliliyinə görə turşu çəki vermək istəyənlərə də kömək edəcəkdir.

Maşallah

Next Post

Xolesterini salan, qaraciyəri piylənmədən qoruyan UCUZ MƏHSUL

Ca Sen 17 , 2020
Bəzən ən adi və ucuz məhsullar orqanizmə olduqca faydalı təsir edir, sağlamlığı qorumağa yardım edir. Belə məhsullardan biri yulaf yarmasıdır. AzFood.az xarici KİV-lərə istinadən bildirir ki, adi yulaf yarması qanda xolesterinin səviyyəsini aşağı salır, orqanizmdə iltihabı azaldır, arıqlamağa kömək edir, həzm proseslərini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini azaldır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır. […]