Bu şəxslər mütləq XURMA yeməlidir

Xurma vitamin, mineral, qidalı liflər və bir çox digər insan orqanizmi üçün əvəzolunmaz maddələrlə zəngindir.

Bu xurmanı insan sağlamlığı üçün çox faydalı edir. Lakin bəzi insanlar var ki, xurma onlara xüsusilə faydalıdır.

AzFood.az xəbər verir ki, maqnezium və qidali liflərlə zəngin olduğundan xurma orqanizmi toksin, ağır metallar, radionukleidlər və digər ziyanlı maddələrdən yaxşı təmizləyir. Bu xüsusiyyətə görə xurma ziyanlı istehsalatlarda işləyən, pis ekoloji şəraitdə, böyük şəhərlərdə yaşayan insanlar üçün xüsusilə faydalıdır.

Xurma kalium və maqneziumla zəngindir. Bu 2 mineral ürək-damar sisteminin normal fəaliyyətini təmin edir, təzyiqi normallaşadırır, ürək və damar xəstəliklərinin riskini azaldır. Xurmanın tərkibində olan P vitamini damarları möhkəmləndirir, onların keçiriciliyini azaldır. Hipertoniya, ürək və damar xəstəlikləri olan və bu xəstəliklərin risk qrupuna daxil olan insanlar mütləq hər gün 1-2 xurma yeməlidir.

Xroniki ishaldan əziyyət çəkən insanlar da mütləq xurma yeməlidir. Büzücü maddələrlə zəngin olan xurma bağırsaqları “bərkidir”. Bundan əlavə xurmanın tərkibində olan qidalı liflər bağırsaqlarda faydalı mikrofloranın çoxalmasına kömək edir. Məhz bağırsaq mikroflorasının müxtəlif səbəblərə görə pozulması bir çox hallada ağır ishalın inkişafına səbəb olur.

Xurma orqanizmin tonusunu qaldırır, stress və yorğunluğu azaldır.

Nurlan

Next Post

Soyuq havanın əvəzolunmazı - TURŞULARIN FAYDALARI

Ca Sen 17 , 2020
Kələm, çuğundur, qarğıdalı, lobya, sarımsaq kimi bir çox növü və ləzzəti olan turşular soyuq havaların ən gözəl qidalarındandır. Mütəxəssislər qeyd edirlər ki, turşular sağlamlığımız üçün də faydalıdır. Amma tərkibində yüksək miqdarda duz olduğuna görə hər gün , aşırı miqdarda yeyilməməmlidir. Sağlam insanlar turşuları həftənin 2 günü, maksimum bir ovuc içi […]