Bu rayonda şəkər çuğunduru yığımına başlanılıb

Beyləqan rayonunun fermerləri və mülkiyyətçiləri şəkər çuğunduru yığımına başlayıblar.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AzFood-a bildirilib ki, torpaq mülkiyyətçiləri bu il 398,3 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Beyləqanlı fermerlər sahələrin 9 hektarında yığım aparıb, 528 ton məhsul əldə ediblər. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir.

Qeyd edək ki, vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

Nurlan

Next Post

Hər gün balqabaq yeyin

Ca Sen 17 , 2020
Balqabağı sevməyənlər belə onun 7 fərqli faydasını bildikdən sonra hər gün yeyəcəksiz. Hazırda mövsümü olan və faydalarını elm adamlarının təsdiqlədiyi balqabağı müxtəlif cür tükədə bilərsiz. Azfood Milli.Az və medicina.az-a istinadən həm uşaqlar, həm kişi və qadın sağlamlığı üçün təsirini təqdim edir: 1. Libidi, cinsi istəyi artırır Balqabağın ətri afrodiziakdır. Seksual istəyi […]