Uşaqlarda allergiya və ondan qorunma

Allergiya ana və atadan irsən keçən xəstəlikdir. Bu xəstəlik orqanizmin allergenlərə qarşı dözümlü olmaması nəticəsində zərər görməsidir. Allergiya toxunmaqla dərini, qoxu ilə gözləri, toz vasitəsilə burunu və bronxları zədələyir. Bu səbəbdən də, heç bir körpə uşağın allergiyaya tutulmamaq şansı yoxdur. Çünki texnologiyanın bu qədər yüksək inkişaf etdiyi, ekologiyanın bu qədər korlandığı bir zamanda körpə uşaqları çevrədən tədric eləmək mümkünsüzdür. Valideyinlərdə allergiyanın əlamətlərinin az olması, onların uşaq vaxtı daha təmiz hava şəraitində böyümələridir. Müasir dövrdə havada olan radioloji aktiv amaddələrin çoxluğu uşaqların həssaslığını daha da artırır.

Azfood Milli.az-a istinadən xəbər verir ki, Allergiyanın əmələ gəlməsində aşağıdakı faktorların rolu böyükdür:

– ekologiyanın pozulması

– süni qidalardan istifadə edilməsi

– çox işlənən antibiotiklər

– irsi faktor

Həddindən artık gigiyenik şəraitdə uşaq böyütmək də uşaqların allergiyasına gətirib çıxarır. Belə uşaqların orqanizmləri ətraf mühitlə mübarizə aparmaq qabiliyyətinə malik olmur.

Uzun müddət antibiotik qəbul edən şəxslər, gündəlik qidasına şokolad, qazlı içkilər, coca-cola, çips və sairə bu kimi qidalar qəbul edən uşaqların allergiya olma şansı daha böyükdür.

Maşallah

Next Post

Azərbaycanın alkaqolsuz milli içkisi abqora necə hazırlanır? - Qora suyunun saymaqla bitməyən faydaları və tarixi haqda - VİDEO

Ç Sen 16 , 2020
“Az-Granata” MMC adəti üzrə bu mövsüm də sənaye üsulunda abqora istehsalı prosesinə başlayıb. “AZGRANATA” MMC olaraq istehsal sahəsində adımızın tarixə yazılmasına və qürurlanmağımıza səbəb olan bir məhsul haqqında geniş məlumat vermək istəyirik. Bu məhsul Azərbaycanın qədim zamanlardan bu günədək hər kəs tərəfindən tanımış olduğu alkaqolsuz milli içkimiz olan ABQORA, yəni […]