Timsah əti haqqında

Timsahlar yer üzünə 190 milyon il əvvəl gəlib. Onlar dünyanın ən qorxulu heyvanlarından hesab edilir. Timsahların uzunluğu 7 metrə qədər ola bilir. Onlar tropik sularda, bataqlıqlarda və göllərdə yaşayırlar. Timsahlar Yer üzərində sayları azalmaqda olan heyvanlardandırlar. Bəzi ölkələrdə timsahlar dövlət orqanları tərəfindən qorunurlar. ABŞ-da, Yaponiyada və Kubada timsahların yetişdirilməsi üçün xüsusi fermalar var. Bu fermalarda timsahlara 15 yaşa qədər qulluq edib böyüdür, sonra isə ondan qida vasitəsi kimi istifadə edirlər.

Azfood milli.az-a istinadla xəbər verir ki, timsah ətindən Cənub Şərqi Asiyada, Afrikada və Cənubi Amerikada qida vasitəsi kimi istifadə olunur. Bu ölkələrin mətbəxində timsah ətindən hazırlanan onlarca yemək reseptləri var. Onun ətini ekzotik yeməkləri xoşlayanlar daha çox sevirlər. Ən çox da Avropa ölkələrində timsah ətindən hazırlanan qidalar daha bahalı və eqzotik hesab edilir. Qida sənayesində timsah ətindən müxtəlif ekzotik yeməklərin hazırlanmasında istifadə edilir. Onun toyuq ətinin balıq əti ilə qarışımının dadını xatırladan dadı var.

100 qram timsah ətinin qida dəyəri:

– Zülallar – 21,1 qr

– Yağlar – 1,9 qr

– Su – 65 qr

– Kalori – 100 kKal.

Timsah ətinin tərkibində zülların və karbohidratların miqdarı mininmal miqdardadır. Onun tərkibinddə xolersterinin miqdarı çox azdır. Onun tərkibində olan zülallar orqanizmin normal həyat fəaliyyəti üçün lazımlı maddələrdəndir. Timsah ətinin kimyəvi tərkibi B qrup vitaminlərdən, C, PP, H vitaminlərindən, orqanizm üçün vacib sayılan kalium, maqniumim, selen, kalsium, marqanes, dəmir, kremin¸ natrium, nikel, fosfor və s. ibarətdir.

Timsah əti yemək orqanizmin B12 vitamininə olan tələbatını ödəyir. Onun tərkibi zülallardan və eyni tərkibli süzülməmiş yağlardan ibarətdir. Bu yağlatın tərkibində isə xolesterinin miqdarı çox azdır. Timsah əti ekoloji təmiz qida hesab edilir. Müasir laboratoriyalarda timsah qanının müayinələri aparılır. Müayinələr zamanı timsah qanının insan orqanizmini infeksion xəstəliklərdən qoruduğu aşkar edilmişdir. Bir çox timsah ətindən istifadə edən xalqlar arasında bu ətin xəstəliklərə qarşı müalicəvi olması barədə deyimlər var. Bəzi xalqlarda timsah ətinin insanda olan xəstəlikləri sağaltmaq qabiliyyətinin olmasına dair inananclar var. Həmin ölkələrin xalq təbabətində timsah yağından oynaq xəstəlikləri zamanı istifadə edilir.

Timsah ətinin zərərli xüsusiyyətləri

İstifadə olunmağa başladığı gündən indiyə qədər timsah ətinin zərərli olması barədə heç bir məlumata rast gəlinməyib.

Maşallah

Next Post

Yapon alması becərən “qubalı Miçurin”in bağında bol məhsul yetişib

Ç Sen 16 , 2020
Bağında Yaponiyadan gətirilən alma sortları becərən qubalı bağban Ramiz Kərimov bu il təsərrüfatında bol məhsul yetişdirib. AzFood.az xəbər verir ki, bağı rayonun Birinci Nügədi kəndində olan sahibkar oktyabr ayında məhsul yığımına başlayacaq. Bir hektar bağından hər il 25 tonadək məhsul əldə edən bağbanın müştəriləri də çoxdur. Yapon almasının qiyməti də […]