Təbii darçını saxtadan necə ayırmaq olar? FOTO

Darçın ağacının qabığı olan ətirli ədviyyatın vətəni Seylondur. Ağacın qabığını qurudurlar və o borucuqlar şəklində burulur.

Daha sonra borucuqları kiçik hissələrə kəsirlər və satırlar. Həmçinin darçın toz şəklində də satılır. Lakin mütəxəssislər darçını toz şəklində almağı tövsiyə etmirlər. Darçın borucuqları öz faydalı və müalicəvi xüsusiyyətlərini daha uzun müddət ərzində – 1 l saxlayırlar. Bu faydalı xüsusiyyətlər isə saymaqla bitmir – xolesterin və şəkəri salır, arıqladır, təzyiqi tənzimləməyə kömək edir, orqanizmdə iltihabları azaldır, yaddaşı və beyinin fəaliyyətini yaxşılaşdırır, depressiya zamanı faydalıdır, ağrı və spazmları azaldır və s. Həmçinin borucuqlar şəklində olan darçını saxtadan ayırmaq daha asandır.

AzFood.az bildirir ki, darçının yaxın “qohumu” olan kassiya da xarici görünüşə görə darçına oxşayır və dükanlarda onu tez-tez darçın kimi təqdim edirlər. Lakin darçın kassiyadan daha bahalı və qat-qat daha faydalı ədviyyatdır.

Həmçinin kassiyanın tərkibində “kumarin” adlı maddə darçınla müqayisədə daha çoxdur (darçında kumarinin miqdarı cüzidir). Kumarin toksiki xüsusiyyətlərə malikdi və orqanizmdə çoxlu miqdarda daxil olanda baş ağrlarına səbəb ola bilər və həmçinin qaraciyərə ziyan vurur.

Beləliklə, dükanlarda kassiya deyil, darçın alın. Bu 2 ədviyyatı biri birindən necə ayırmaq olar?

1. Toz şəklində darçın almayın. Əksər hallarda bu darçın deyil, kassiyadır.

2. Ən yaxşı darçın Seylonda istehsal olunur. Çin, İndoneziya, Vyetnamdan əsasən kassiya gətirilir.

3. Təbii darçının qoxusu kassiya ilə müqayisədə daha yumşaqdır, kassiyanın qoxusu isə əksinə kəskindir.

4. Darçın borucuqları kassiya borucuqlarından çox fərqlənir. Darçının “vərəq”i daha nazik olur, çox burulur, kassiyanın isə qalın olur və az burulur.

5. Darçın borucuğu açıq qəhvəyi, kassiyanın isə boz-qəhvəyi, qırmızımtıl rəngdə olur.

6. Darçın çox kövrəkdir və asanlıqla ovulur, kassiya isə bərkdir və ovulmur, sınır.

Təbii darçın

Kassiya

Nərmin

Next Post

AQTA dönərxanaların sağlamlaşdırılması layihəsinə start verdi

Ç Sen 16 , 2020
Azfood.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs, İqtisadiyyat […]