Tanınmış vəkil Şaiq Mirzəyevə vəzifə verildi

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru, “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyev yeni vəzifəyə təyin olunub.

Azfood.az-a verilən məlumata görə, o, “Az-Granata” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Şaiq Mirzəyev bu vəzifədə Vüqar Mikayılovu əvəz edib. V. Mikayılov isə şirkətin icraçı direktoru təyin edilib.

Qeyd edək ki, “Az-Granata” 2009-cu ildə Ağsu rayonunda yaradılıb. Şirkət alkoqollu və alkoqolsuz məhsullar istehsal edir.

Səma Fərzəli

Next Post

Nevroz zamanı bunları yeyin! Müalicəvi qidalanma

Ç Sen 16 , 2020
Qida orqanizmi həyati vacib maddələrlə təmin edir və həm də orqanizmə müalicəvi təsir edir. Bu səbəbdən həkimlər bir çox xəstəliklər zamanı dərman müalicəsi ilə yanaşı xəstəyə müəyyən pəhriz də təyin edirlər. Bu tək mədə-bağırsaq sistemi, qaraciyər, böyrəklər və s. orqanların xəstəliklərinə aid deyil. Sinir sistemi xəstəlikləri və pozulmaları zamanı da […]