Rusiyada su və qida nümunələrində koronavirus tapıldı

Rusiyanın bir sıra bölgələrində su və qida nümunələrində koronavirusun aşkarlanmasına dair 46 fakt qeydə alınıb.

AzfoodQafqazinfo” və “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında “Rospotrebnadzor”un rəhbəri Anna Popova məlumat verib.

Koronavirusun su və qida nümunələrində aşkarlanması ilə əlaqədar araşdırmalar 3 sentyabrda Rusiyanın bütün bölgələrində başlayıb. Bunun üçün “Vektor” mərkəzi tərəfindən hazırlanmış bir texnikadan istifadə edilərək həm içməli, həm də tullantı sularından götürülən nümunələr yoxlanılıb.

Qeyd edək ki, ötən gün ərzində Rusiyada bir gündə 84 bölgədə 5 529 koronavirus infeksiyası hadisəsi aşkar edilib. Ölkə üzrə bu günə qədər koronavirusa yoluxanların sayı isə 1 073 849-a çatıb.

Maşallah

Next Post

Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib

Ç Sen 16 , 2020
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) sentyabrın 14-də keçirilmiş iclası zamanı BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə seçkilər keçirilib. AzFood BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi saytına istinadən xəbər verir ki, seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin […]