Payızda immuniteti gücləndirən QİDALAR

Parlaq sarı-narıncı rəngli qidalarda olan beta-karoten maddəsi xəstəliklərdən xüsusilə qoruyur.

AzFood.az xəbər verir ki, bu sözləri dietoloq Marina Apletayeva deyib. O, payızda immuniteti gücləndirməyin və bədəni mövsümi xəstəliklərdən qorumağın yollarından danışıb:

“Rasiona sarı-narıncı tərəvəzlər əlavə etməyə çalışın: portağal, şaftalı, ərik, sarı gavalı, balqabaq, yerkökü, qovun və s. Bu tərəvəz və meyvələr yuxarı tənəffüs yollarının selikli qişasını viruslardan qorumağa kömək edən beta-karotenlə zəngindir. Onun sayəsində bakteriya və viruslar orqanizmə daha az daxil olacaq.

Sarı-narıncı qidalara əlavə olaraq bu vitamin süd məhsullarında da mövcuddur. Lakin yağ miqdarı yüksək olduğundan az miqdarda istehlak edilməlidir. Həmçinin bu faydalı element bədəndə saxlanılma xüsusiyyətinə malikdir, ehtiyac olduqda bədənin müdafiəsinə qalxır.

C vitamini eyni dərəcədə vacibdir. Ancaq C vitamini ehtiyatını təmin etmək çətindir, amma çox faydalıdır: hüceyrə immunitetinə təsir göstərir, bədəni zərərdən qoruyur, oksidant sayılır”.

Nurlan

Next Post

Rusiyada su və qida nümunələrində koronavirus tapıldı

Ç Sen 16 , 2020
Rusiyanın bir sıra bölgələrində su və qida nümunələrində koronavirusun aşkarlanmasına dair 46 fakt qeydə alınıb. Azfood “Qafqazinfo” və “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında “Rospotrebnadzor”un rəhbəri Anna Popova məlumat verib. Koronavirusun su və qida nümunələrində aşkarlanması ilə əlaqədar araşdırmalar 3 sentyabrda Rusiyanın bütün […]