Nevroz zamanı bunları yeyin! Müalicəvi qidalanma

Qida orqanizmi həyati vacib maddələrlə təmin edir və həm də orqanizmə müalicəvi təsir edir. Bu səbəbdən həkimlər bir çox xəstəliklər zamanı dərman müalicəsi ilə yanaşı xəstəyə müəyyən pəhriz də təyin edirlər.

Bu tək mədə-bağırsaq sistemi, qaraciyər, böyrəklər və s. orqanların xəstəliklərinə aid deyil. Sinir sistemi xəstəlikləri və pozulmaları zamanı da müəyyən qidaların qəbulu xəstənin vəziyyətini yaxşılaşdıra bilər.

Hazırda bir çox insanlar nevrozdan əziyyət çəkir. Nevroz zamanı bəzi qidaların qəbulu insanın vəziyyətinə müsbət təsir edə bilir.

Azfood.az Rusiya KİV-lərinə istinadla oxucularını bu qida məhsulları ilə tanış edir.

– Nevrozun səbəblərindən biri orqanizmdə “xoşbəxtlik hormonu” sayılan serotoninin aşağı səviyyədə olmasıdır. Fol turşusu (B9 vitamini) serotoninin ifrazını artırır. Fol turşusunun ən yaxşı mənbələri: banan, kahı, ispanaq, kələmin bütün növləri, qulançar, lobya, sitrus meyvələri, mal qaraciyəri.

– B6 vitamini də serotoninin ifrazını artırır. Dəniz balığı, günəbaxan tumları, fındıq, toyuq əti, mərci, bitki yağları B6 vitamini ilə xüsusilə zəngindir.

– C vitamininin defisiti də nevrozun inkişafına təkan verə bilər. C vitamini ilə zəngin olan qida məhsulları bunlardır: itburnu, kivi, qara qarağat, kələm turşusu, qırmızı bibər, sitrus meyvələri.

Nərmin

Next Post

Bu rayonda şəkər çuğunduru yığımına başlanılıb

Ca Sen 17 , 2020
Beyləqan rayonunun fermerləri və mülkiyyətçiləri şəkər çuğunduru yığımına başlayıblar. Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AzFood-a bildirilib ki, torpaq mülkiyyətçiləri bu il 398,3 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Beyləqanlı fermerlər sahələrin 9 hektarında yığım aparıb, 528 ton məhsul əldə ediblər. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir. Qeyd edək […]