Məktəbə gedən uşaqlara verilməli olan 9 QİDA

Havaların soyuması, məktəblərin açılması, insanların çox toplaşdığı yerlərin artması virusların yayılmasını daha da asanlaşdırır.

Azfood BAKU.WS-ə istinadən xəbər verir ki, dünyanın koronavirus kimi bəla ilə mübarizə apardığı dövrdə tədris ilinin başlaması xüsusi ilə uşaqları daha böyük təhlükə qarşısında qoyub. Mütəxəssislər uşaqları mövsümi xəstəliklər, o cümlədən koronavirusdan qorumaq üçün bu qidaları onların rasionuna mütləq şəkildə daxil etməyi məsləhət görürlər.

Qızıl balıq

Omeqa 3 yağ turşuları ilə zəngin qidadır. Uşaqların zehni inkişafı üçün əvəzsiz rola malikdir, bədəni infeksiyalardan qoruyur. Balıq əmək qabiliyyətini də artırır. Balığı sevməyən uşaqlara da onu tərəvəzlərlə birlikdə sobada hazırlayaraq vermək olar.

 

Kivi

C vitamini başqa meyvələrlə müqayisədə kividə daha çoxdur. Antioksidant mənbəyi olan meyvə immun sistemini gücləndirir, mikroblara qarşı savaşır. Dəmir əksikliyi olan uşaqlara kivini bəkməzlə də vermək olar. Meyvə bəkməzin tərkibindəki dəmirin sovrulmasını sürətləndirir.

 

Qatıq

İmmun sistemini gücləndirən qatıq probiotik məhsuldur. Bunun üçün gündə ən azı uşaqlara 1 kasa qatıq yedirin. İnək südünə allergiyası olan uşaqlar üçün bunu keçi südündən hazırlanan məhsullarla əvəz etmək olar.

Sarımsaq

Sarımsağı yeməklərə əlavə etmək, həm də çiy halda yemək olar. Ancaq onu yağda qovurmadan bir başa yemək suyuna əlavə edin. Antioksidantla ən zəngin məhsuldur. Sarımsaq bütün növ xəstəliklərdən qorumaq üçün ən təbii vasitədir.

 

Yulaf

Səhər yeməklərinin ən yaxşı qidasıdır. Tərkibi beta qlukan və sink ilə zəngindir. Yulafı daha ləziz hala salmaq üçün  üzərinə badam, banan da əlavə etmək olar. Unutmayın ki, uşaqların bədən müqavimətini artırmaq üçün səhər yeməyi mütləq edilməlidir.

Brokoli

C, A və E vitaminləri ilə zəngin olan brokoli antioksidant deposudur. Amma bu tərəvəzi sevən uşaq azdır. Bunun ondan ən yaxşı istifadə yolu şorbaların içinə qatmaqdır.

 

Mərci

Payız qış mövsümündə ən azı həftədə iki dəfə istifadəsi məsləhətdir. Bitki mənşəli protein olduğu üçün uşaqların böyüməsi və inkişafı üçün labüddür.

Yumurta

Ana südündən sonra gələn, bədənin protein ehtiyacını ən yaxşı qarşılayan məhsuldur. Eyni zamanda mükəmməl dəmir, A, D, Ü və B12 vitamini qaynağıdır. Beyin inkişafına dəstək verməklə yanaşı sağlam böyümələrinə də kömək edir. Necə olmasından asılı olmayaraq gündə 1 yumurta qəbulu tövsiyə edilir.

 

Çərəz

İmmun sistemini gücləndirmək üçün uşaqların çantalarına hər gün bir ovuca qədər badam, qoz, qabaq toxumu qoyun. Badam eyni zamanda beyni stresin mənfi təsirlərindən də qoruyur.

Maşallah

Next Post

Payızda immuniteti gücləndirən QİDALAR

Ç Sen 16 , 2020
Parlaq sarı-narıncı rəngli qidalarda olan beta-karoten maddəsi xəstəliklərdən xüsusilə qoruyur. AzFood.az xəbər verir ki, bu sözləri dietoloq Marina Apletayeva deyib. O, payızda immuniteti gücləndirməyin və bədəni mövsümi xəstəliklərdən qorumağın yollarından danışıb: “Rasiona sarı-narıncı tərəvəzlər əlavə etməyə çalışın: portağal, şaftalı, ərik, sarı gavalı, balqabaq, yerkökü, qovun və s. Bu tərəvəz və […]