Bu rayonda heyvandarlıq məhsulları istehsalı artır

Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.

Rayon statistika idarəsindən Azfood-a bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 895 baş iribuynuzlu mal-qara, 114 min 607 baş qoyun-keçi saxlanılır. Cari ilin 8 ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 5 min 111.8 ton ət (diri çəkidə), 28 min 694.7 ton süd, 165.6 ton yun, 9 milyon 742 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 2.4 ton, süddən 147.3 ton, yundan 10.9 ton, yumurtadan isə 132 min ədəd çoxdur.

Nurlan

Next Post

Məktəbə gedən uşaqlara verilməli olan 9 QİDA

Ç Sen 16 , 2020
Havaların soyuması, məktəblərin açılması, insanların çox toplaşdığı yerlərin artması virusların yayılmasını daha da asanlaşdırır. Azfood BAKU.WS-ə istinadən xəbər verir ki, dünyanın koronavirus kimi bəla ilə mübarizə apardığı dövrdə tədris ilinin başlaması xüsusi ilə uşaqları daha böyük təhlükə qarşısında qoyub. Mütəxəssislər uşaqları mövsümi xəstəliklər, o cümlədən koronavirusdan qorumaq üçün bu qidaları […]