Bu bitki prostat xərçənginin qarşısını alır

Həftədə ən az 3 dəfə göbələk yemək kişilərdə prostat xərçənginin yaranma riskini aşağı sala bilər.

AzFood.az xarici mətbuata istinadən xəbər verir ki, bu iddialar Yaponiyada aparılan bir tədqiqat nəticəsində ortaya çıxıb. Araşdırmada yaşları 40 ilə 79 arası olan 36 min 499 kişinin 13 il ərzində səhhəti yoxlanılıb, qidalanma vərdişləri, o cümlədən həyat tərzləri öyrənilib.

Nəticədə, məlum olub ki, həftədə ən az 3 dəfə göbələk yemək prostat xərçənginə yaxalanma riskini azaldır. Qida rasionunda göbələk üstünlük təşkil edənlərin xərçəng riski daha az yeyənlərlə müqayisədə 17 faiz daha aşağıdır.

Xüsusilə dombalan göbələyi cinsi gücü artırır, immuniteti artırır, xalq təbabətində şəkərə faydaları olması haqqında fikirlər var, tərkibindəki zəngin sink prostat hiperplaziyasında faydalıdır.

Nurlan

Next Post

Timsah əti haqqında

Ç Sen 16 , 2020
Timsahlar yer üzünə 190 milyon il əvvəl gəlib. Onlar dünyanın ən qorxulu heyvanlarından hesab edilir. Timsahların uzunluğu 7 metrə qədər ola bilir. Onlar tropik sularda, bataqlıqlarda və göllərdə yaşayırlar. Timsahlar Yer üzərində sayları azalmaqda olan heyvanlardandırlar. Bəzi ölkələrdə timsahlar dövlət orqanları tərəfindən qorunurlar. ABŞ-da, Yaponiyada və Kubada timsahların yetişdirilməsi üçün […]