Yonca sahələrində dördüncü biçin aparılır

Yonca mal-qara üçün qiymətli yem bitkisidir və hazırda İsmayıllı rayonunun əkin sahələrində dördüncü biçin aparılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AzFood-a bildirilib ki, heyvandarlığın kənd təsərrüfatının aparıcı sahələrindən olduğu İsmayıllıda 573,5 hektarda yonca sahəsi var. Vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq nəticəsində artıq dördüncü biçin aparılır. İndiyədək 40 min tondan çox yaşıl, 3 min tondan çox quru kütlə əldə olunub. Rayonda suvarılan ərazilərdə yonca sahələrinin genişləndirilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, yonca sahələrinin 130 hektarı iri heyvandarlıq təsərrüfatı olan “AZZA AGRO” MMC-yə məxsusdur. Təsərrüfatda 400 başdan çox iribuynuzlu mal-qara bəslənilir.

Nurlan

Next Post

Diş ağrısı niyə gecələr başlayır?

Ça Sen 15 , 2020
Diş ağrısı ən pis ağrılardan biridir. Xüsusi ilə də gecə yatarkən, yuxumuzun ən şirin yerində başlayan bu ağrının səbəbi nədir? Niyə diş ağrısı xüsusi ilə gecə başlayır? Azfood.az Milli.Az-a istinadən mövzu ilə bağlı araşdırmanı təqdim edir: Həkimlər bildirirlər ki, burada ən önəmli təsir hormonal dəyişimlərdir. Damağiçi basqının artması və damar […]