VEYSƏLOĞLU 1-ci sinif şagirdlərini belə sevindirdi

Veysəloğlu Şirkətlər Qrupu “Təhsilə dəstək” layihəsi çərçivəsində Neftçala rayonu Ə.Səmədov adına Qırmızıkənd tam orta məktəbinin bütün birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edib.
Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri “Bilik Günü” münasibəti ilə Qırmızıkəndə səfər edib, 2020/2021-ci tədris ilində 1-ci sinfə gedən 34 şagirdə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edib.
Şirkətlər Qrupunun əməkdaşları şagirdləri təbrik edib, onlara və məktəbin kollektivinə yeni dərs ilində uğurlar diləyiblər.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu “Təhsilə dəstək, gələcəyə xidmət” şüarı altında ölkəmizdə gənclərin təhsil almasına, onların ixtisaslı kadr kimi yetişmələrinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirir və bu istiqamətdə bir çox təşəbbüslərə qoşulur.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələrinə, Qarabağ qaziləri və müharibə veteranlarına, həmçinin təhsil, idman və s. sahələrdə dəstək xarakterli çoxsaylı layihələr həyata keçirir.

AzFood

Next Post

Qayğanaq ideal səhər yeməyidir

Ça Sen 15 , 2020
AzFood.az AZƏRTAC-a istinadla xəbər verir ki, toyuq yumurtasının qidalılığının insan orqanizminə təsirini öyrənən ABŞ alimləri belə qənaətə gəlmişlər ki, səhər qayğanaq yemək çox faydalıdır. Aşkar edilmişdir ki, müntəzəm surətdə yumurta yemək sağlamlığa, yaxşı fiziki formaya və yüksək intellektual səviyyəyə çatmağa kömək edir. Eyni vaxtda gündəlik rasionda olan bu qida artıq […]