Tanınmış cərrah ömrü 12 il uzatmağın sirrini açıqladı – ÇOX SADƏ ÜSUL

Tanınmış rusiyalı ürək cərrahı Leo Bokeriya ömrü uzatmaq üçün həftədə ən azı iki saat gəzməyi məsləhət görüb.

Azfood.az saglamolun.az-a istinadla xəbər verir ki, həkim bu barədə Moskva Beynəlxalq Kitab Sərgisində çıxış edərkən deyib.

“Həftədə iki saat gəzən insanlar oturaq həyat tərzi keçirənlərdən 8-12 il daha çox yaşayır. Bu barədə sübut olunmuş elmi tədqiqatlar var. Mütəmadi olaraq gəzən insanın əlavə fiziki məşqlərə də ehtiyacı var. Eyni zamanda heç vaxt aktiv idmanla məşğul olmayan insan idmana başlamazdan öncə mütləq həkim müayinəsindən keçməlidir” , – deyə o qeyd edib.

Səma Fərzəli

Next Post

Normal həyata nə zaman qayıdacağıq? - Məşhur həkimdən PROQNOZ

Ça Sen 15 , 2020
ABŞ Hökuməti yanında Koronavirusla Mübarizə Qurumunun rəhbəri Entoni Fausi bildirib ki, COVID-19-un peyvəndi tapılsa da, normal həyata 2021-ci ildən tez qayıtmaq mümkün olmayacaq. AzFood.az  Publika.az-a istinadən xəbər verir ki, mütəxəssis peyvəndin effektivliyindən də söz açıb. “Koronavirusdan əvvəlki vəziyyətə bənzər normallıq dərəcəsinə qayıtmaqdan danışırsınızsa, bəlkə də 2021-ci ilin sonlarına doğru mümkün […]