Saçın tez uzanması üçün 3 gücləndirici maska resepti

Saçların gözəl görünməsi üçün yumşaldıcı, nəmləndirici və parladıcı təsir göstərən möcüzəvi qidalardan biri də  baldır.

sacin-tez-uzanmasi-ucun-3-guclendirici-maska-resepti

AzFood.azın təqdim etdiyi 3 saç maskasında baldan istifadə edərək daha güclü və daha tez uzanan saçlara nail olmaq  mümkündür.

Bal saçın və saç dərisinin zərər görməsini önləyən antioksidantlar baxımından da zəngindir.

Bal, banan və zeytun yağı

Bu maska saçların hər vaxt super yumşaq, parlaq və nəmli olmasını təmin edir.

Lazım olanlar:

– 1 banan
– 3 yemək qaşığı bal
– 3 yemək qaşığı zeytun yağı

Hazırlama qaydası:

Bananı dilimləyib, çəngəllə yaxşıca  əzin. Sonra bal və zeytun yağını əlavə edib yumşalana qədər qarışdırın. Maskanı nəmli saça çəkmək lazımdır ki, saç daha yaxşı qidalana bilsin.  30 dəqiqə gözləyin. Daha sonra şampunla yuyun.

Bal və gənəgərçək yağı (hint yağı da deyirlər)

Gənəgərçək yağı saçları qidalandırır, uzadır. Saç tellərini gücləndirən yağ turşuları və vitaminlərlə zəngindir, baş dərisi infeksiyaları ilə mübarizə aparır və  göbələyin qarşısını alır.

Lazım olanlar:

– 2 yemək qaşığı bal
– 3 yemək qaşığı gənəgərçək  yağı

Hazırlanması:

Hər iki vəsaiti kiçik bir kasaya əlavə edin və yaxşıca qarışdırın. Maskanın saça yaxşıca tətbiqi üçün   saçınızı dörd hissəyə ayırın. Maskanın saça yaxşı hopdurmaq məqsədilə   spreylə saçınıza su püskürdün. Maskanı saçlarınıza hopdurun və  istiliyi tutmaq və saçınızda 30 dəqiqə gözlətmək üçün başınızı bağlayın. Daha sonra saçları normal şampun ilə yuyun.

Bal, aloe vera və qatıq

Aloe vera iltihab əleyhinə çox yaxşı təsir göstərən bitkidir. Saçın uzanmasına kömək edən  B2, B6 vitaminləri və fol turşusu baxımından möcüzə yaradır. Qatıq da  zülalla zəngindir.  Baş dərisini təmizləməyə və ölü dəri hüceyrələrini aradan qaldırmağa kömək edən laktik turşu ehtiva edir.

Vəsaitlər:

– 2 yemək qaşığı bal
– 3 yemək qaşığı aloe vera geli
– 2 yemək qaşığı qatıq
– 2 yemək qaşığı zeytun yağı

Hazırlanması:

Bal, qatıq və zeytun yağını bir kasada qarışdırın. Aloe veranın gelini özünüz əllərinizlə çıxardın. Bütün vəsaitləri yaxşıca qarışdırın. Tətbiq etmək üçün saçınızı dörd hissəyə ayırın və maskanın saça daha yaxşı hopması üçün sprey şüşəsi ilə nəmləndirin. Saçınıza çəkin və maskanı 30 dəqiqə gözlədin. Daha sonra normal şampun ilə yuyun.

Nərmin

Next Post

Tanınmış cərrah ömrü 12 il uzatmağın sirrini açıqladı – ÇOX SADƏ ÜSUL

Ça Sen 15 , 2020
Tanınmış rusiyalı ürək cərrahı Leo Bokeriya ömrü uzatmaq üçün həftədə ən azı iki saat gəzməyi məsləhət görüb. Azfood.az saglamolun.az-a istinadla xəbər verir ki, həkim bu barədə Moskva Beynəlxalq Kitab Sərgisində çıxış edərkən deyib. “Həftədə iki saat gəzən insanlar oturaq həyat tərzi keçirənlərdən 8-12 il daha çox yaşayır. Bu barədə sübut […]