Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Azfood.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 12-13 sentyabr 2020-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Qaradağ rayonu və Sumqayıt şəhərinin sahil sularında, İmişli, Saatlı rayonlarının ərazisindəki göllərdə, Baş Mil-Muğan kollektorunda və Pirsaatçay çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Onlardan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb. Bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, araşdırma zamanı qanun pozucularının Qaradağ rayon sakinləri İmran və Teymur İsayev, Sumqayıt şəhər sakini Əkrəm Əliyev, İmişli rayon sakini Ramal Mirzəyev, Saatlı rayon sakinləri İltizam və Nizamət Məhərrəmov, Asif Yunusov, Samit Nəcəfov, Müslüm Aslanov, Səlimcan Fərəməzov, Fikrət Əliyev və Şamaxı rayon sakini Eyvaz Qənbərov olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 12757 manat məbləğində cərimə olunub”.

Səma Fərzəli

Next Post

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Ça Sen 15 , 2020
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə dəyəri 376 252,12 min ABŞ dolları dəyərində 372 967,67 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 4%, həcmi isə 2,2% artıb. Qeyd edək ki, yanvar-avqustda Azərbaycandan ixrac olunan […]