Professordan qəhvə ilə arıqlamağın təhlükəsi barədə xəbərdarlıq

Rusiya Federal Biotibbi Agentliyinin professoru, dietoloq Marqarita Koroleva arıqlamaq naminə həddən artıq qəhvə içməyin zərərli olduğunu bildirib. Ekspert qeyd edib ki, daha çox kalori yandırmaq üçün bu içkidən istifadə ciddi fəsadlara səbəb ola bilər.

Azfood Publika.az-a istinadən xəbər verir ki, o, yağyandırıcı kimi gündə 8 fincan qəhvə istifadə etməyin ilk növbədə ürək problemlərinin şiddətlənməsinə səbəb olacağını vurğulayıb. Korolevanın sözlərinə görə, qəhvə az miqdarda içilərsə, arıqlamağa kömək edə bilər. Əsas odur ki, qatqısız olsun.

Bundan əvvəl Federal Qidalanma və Biotexnologiya Tədqiqat Mərkəzinin direktoru Dmitri Nikityuk mədə-bağırsaq və ya ürək-damar xəstəlikləri olan insanların qəhvə istehlakını azaltmalı olduğunu bildirmişdi.

Maşallah

Next Post

Yonca sahələrində dördüncü biçin aparılır

Ça Sen 15 , 2020
Yonca mal-qara üçün qiymətli yem bitkisidir və hazırda İsmayıllı rayonunun əkin sahələrində dördüncü biçin aparılır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AzFood-a bildirilib ki, heyvandarlığın kənd təsərrüfatının aparıcı sahələrindən olduğu İsmayıllıda 573,5 hektarda yonca sahəsi var. Vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq nəticəsində artıq dördüncü biçin aparılır. İndiyədək 40 min tondan çox […]