Köpü aradan qaldıran XÜSUSİ RESEPTLƏR

Bağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir və normada bu insana heç bir narahatçılıq vermir.

Azfood.az Saglamolun.az-a istinadla xəbər verir ki, köpün yaranma səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır.

Adətən bu halda qazlar çox olmur, insana heç bir narahatçılıq vermir, ağızdan (gəyirmə zamanı) və düz bağırsaqdan xaric olunur və ya qana sovrulur.

Lakin qazların həddən artıq əmələ gəlməsi patoloji prosesdir. Bu zaman insanda müxtəlif pozulmalar inkişaf edir: qarın nahiyyəsində ağrılar və ağırlıq, qarında qurultu, tez-tez baş verən gəyirmə, süstlük, hal-əhvalın pozulması və s.

Qida və ya mayenin tez-tez qəbul olunması nəticəsində havanın həddən artıq miqdarlarda mədə-bağırsaqlara dolması da köp yaradır. Bu səbəbdən köpün əmələ gəlməməsi üçün qidanı asta-asta çeynəmək lazımdır.

İnsan qida qəbulu zamanı danışdıqda, saqqız çeynədikdə, çubuq vasitəsilə maye içdikdə artıq miqdarlarda havanın udmasına səbəb olur ki, nəticədə  bağırsaqlarda köp əmələ gəlir.

Kələm, noxud, lobya, alma, balqabaq, qarğıdalı, kartof, qoyun əti, qara çörək, süd, mayonez, qazlı içkilər, pivə, kvas kimi qida və mayelər də qazın yaranmasına səbəb olur. Lakin bunu da nəzərə almaq lazımdır ki, bu məhsullar bütün insanlarda köpməyə səbəb olmur, bu çox fərdi prosesdir.

Bağırsaqlarda olan mexaniki maneələr – şişlər, poliplər, bitişmələr köpün əmələ gəlməsinə səbəb olur.

Köpü aradan qaldıran xüsusi reseptlər:

1. Şüyüd toxumu dəmləməsi – 1 xörək qaşığı şüyüd toxumunu yarım litr qaynar suda dəmləyin. 3 saat saxlayın, sonra süzün. Gündə 3 dəfə yeməkdən öncə 100 ml qəbul edin.

2. Cəfəri kökü – Narın edilmiş 1 çay qaşığı cəfəri kökünü 1 stəkan ilıq suda 20 dəqiqə saxlayın. Sonra odun üzərində qızdırın. Qaynatmayın. Süzüb, hər 2 saatdan bir bir iki qurtum için. Gün ərzində bunu bitirin.

3. Zəncəfil – Hər yeməkdən sonra təzə zəncəfildən bir az kəsib, saqqız kimi çeynəyin və ya çayını için.

4. Çobanyastığı dəmləməsi – 1 stəkan isti suda 1 xörək qaşığı aptek çobanyastığı dəmləyib için.

5. Təzə kartof şirəsi – Səhər və axşam yarım stəkan təzə çəkilmiş çiy kartof şirəsi için. Kurs 1 həftədir. Sonra 1 ay fasilə.

Səma Fərzəli

Next Post

Saçın tez uzanması üçün 3 gücləndirici maska resepti

Ça Sen 15 , 2020
Saçların gözəl görünməsi üçün yumşaldıcı, nəmləndirici və parladıcı təsir göstərən möcüzəvi qidalardan biri də  baldır. AzFood.az–ın təqdim etdiyi 3 saç maskasında baldan istifadə edərək daha güclü və daha tez uzanan saçlara nail olmaq  mümkündür. Bal saçın və saç dərisinin zərər görməsini önləyən antioksidantlar baxımından da zəngindir. Bal, banan və zeytun yağı […]