Diş ağrısı niyə gecələr başlayır?

Diş ağrısı ən pis ağrılardan biridir. Xüsusi ilə də gecə yatarkən, yuxumuzun ən şirin yerində başlayan bu ağrının səbəbi nədir? Niyə diş ağrısı xüsusi ilə gecə başlayır?

Azfood.az Milli.Az-a istinadən mövzu ilə bağlı araşdırmanı təqdim edir:

Həkimlər bildirirlər ki, burada ən önəmli təsir hormonal dəyişimlərdir. Damağiçi basqının artması və damar genişlənməsi gecələri ağrını daha da şiddətli hiss etməyimizə səbəb olur. Gecə başlayan diş ağrısı üçün edə biləcəyiniz ən doğru çarə ağrıkəsici bir dərman almaqla yanaşı, ən yaxın stomotoloqa getməkdir.

Bunları etməyin

Hər şeydən əvvəl ağrıyan dişin dişəti hissəsinə kolonya, alkoqol, spirt və s. kimi məhllullar çəkmək yanlış və təhlükəli şeylərdir. Bunlar diş ətinizə mənfi təsir edərək ağrınızın daha da artmasına səbəb ola bilər. Hətta dişəti ətrafında ciddi yanmalar da görülür.

Şiddətli diş ağrılarında nə etməliyik?

Bunların yerinə duzlu su ilə edəcəyiniz qarqara az da olsa xəstəni sakitləşdirər. Amma bu üsullar qısamüddətli nəticələr verir və müalicə xarakteri daşımır. Ağrı zamanı ağrıkəsici almaq və ən qısa müddətdə həkimə getmək lazımdır. Sağlam dişlər üçün hər gün dişlərinizə lazım olan qayğını göstərməlisiniz. Diş ağrısı həyat keyfiyyətinə təsir edən bir haldır. İldə ən azı 2 dəfə diş həkiminə getməli, kontrol etməlisiniz.

Səma Fərzəli

Next Post

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Ça Sen 15 , 2020
Azfood.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 12-13 sentyabr 2020-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Qaradağ rayonu və Sumqayıt şəhərinin sahil sularında, İmişli, Saatlı rayonlarının ərazisindəki göllərdə, Baş Mil-Muğan kollektorunda və Pirsaatçay çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Onlardan istifadəsi qadağan olunan ov […]