Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə dəyəri 376 252,12 min ABŞ dolları dəyərində 372 967,67 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 4%, həcmi isə 2,2% artıb.

Qeyd edək ki, yanvar-avqustda Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma və xurma təşkil edib.

Hesabat dövründə 167 039,27 min dollar dəyərində 154 119,49 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 18% və 15,6% çoxdur.

Cari ilin yanvar-avqust ayları ərzində 60 657,37 min dollar dəyərində (14,4% azalma) 9 930,85 ton (azalma 29,8%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 11 950,85 min dollar dəyərində 28 252,97 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 36%, həcm isə 37,5% azalma müşahidə olunub.

Bu ilin səkkiz ayı ərzində ölkədən 14 135,93 min dollar dəyərində (22% azalma) 17 947,06 ton (azalma 24,7%) xurma ixrac olunub.

Nərmin

Next Post

Adi cəfərinin sağlamlığımıza İNANILMAZ FAYDALARI

Ça Sen 15 , 2020
Keçmişdə cəfəri daha çox göyərti kimi deyil, müalicəvi ot kimi istifadə olunurdu. Təbiblər cəfərinin köməyi ilə müxtəlif xəstəlik və pozulmaları müalicə edirdilər. Cəfəri böyrəklər üçün ən faydalı məhsuldur – böyrəkləri təmizləyir, daşların əmələ gəlməsinin qarşısını alır, iltihabları azaldır. Cəfəri dəmləməsi böyrəklər üçün əsl şəfa mənbəyidir. 1 x.q. xırda doğranmış cəfərini […]