Kök kişilər yaxşı ata olurlar

Alimlər kişilərin bədən quruluşu və onların valideynlik bacarıqları arasında əlaqəni aşkar ediblər.

AzFood.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, araşdırma nəticəsində artıq çəkili kişilərin yaxşı ata hesab edildiyi məlum olub.

Araşdırmada 800-dən çox insan iştirak edib. Onlara idmançı bədən quruluşu olan kişilərin, həmçinin azca çəkisi olan kişilərin şəkillərini göstəriblər. İştirakçılar qeyd ediblər ki, arıq kişilərin valideynlik bacarıqlarına etibar etmirlər.

Amma onlar kök kişiləri yaxşı ata olmağa daha çox meylli hesab ediblər. Missisipi Universitetindən olan alimlərin fikrincə, insanlar kök ataları daha az dominant qəbul edirlər, deməli, onlarla münasibətlər daha isti olur.

Araşdırma zamanı iştirakçılar kişilərin şəkillərinə baxıblar və təsvir edilmiş kişilərin bu və ya digər pozitiv və ya neqativ davranış modelinə meylliliyi haqqında – məsələn, fotoşəkildəki kişinin uşağa dərsləri ilə kömək etməyə hazır olduğu və ya əksinə, kişinin uşaqlardan qıcıqlandığı barədə suallara cavab veriblər.

Eyni zamanda, tədqiqat iştirakçıları çəkisi çox olan kişilərə də şübhə ilə yanaşıblar. Alimlərin sözlərinə görə, artıq çəki intizamın olmaması ilə əlaqələndirilir.

Nərmin

Next Post

Mütəxəssis görüntüləri paylaşdı: koronavirus ciyərləri bu hala salır

Be Sen 14 , 2020
Yeni tip koronavirusa yoluxan 65 yaşlı xəstənin ağciyərlərinin rentgen görüntüsü paylaşılıb. AzFood.az xəbər verir ki, Türkiyənin Ədirnə Sultan I Murad Dövlət Xəstəxanası İnfeksion Xəstəliklər və Kliniki Mikrobiologiya üzrə mütəxəssisi Alper Eker virusun yayıldığı ağciyərlə sağlam ağciyərin tomoqrafiyasını müqayisə edib. Bununla mütəxəssis xəstəliyin dəhşətverici ölçülərini göstərib. O, ağciyər toxumalarının virusla örtüldüyünü, […]