Bağırsaq xərçəngindən qoruyan – dadlı DESERT

Adi təbii vasitələr, qidalar bizi bir çox təhlükəli xəstəliklərdən və o cümlədən xərçəngdən qoruya bilir.

Belə ki, tanıınmış rusiyalı həkim-proktoloq, kolorektal cərrah Aleksandr Malışev öz Instagram akkauntunda bağırsaq xərçəngindən qoruyan çox sadə və dadlı vasitəni açıqlayıb. Bu sobada darçınla bişirilmiş almadır.

AzFood.az bildirir ki, həkimin sözlərinə görə, bu desert polifenollarla zəngindir. Polifenollar yoğun bağırsağa çataraq burada faydalı bakteriyaları üçün yaxşı qidalı mühit yaradır, onların artmasına yardım edir. Faydalı bakteriyalar polifenolları bağırsağı xərçəngindən qoruyan xüsusi maddələrə çevirir.

Həmçinin həkim bildirib ki, sobada bişirilmiş alma orqanizm tərəfindən daha asan və yaxşı mənimsənilir və onun tərkibində olan polifenollar təzə alma ilə müqayisədə daha çoxdur.

Bu dadlı və faydalı deserti hazırlamaq üçün almanın yuxarı hissəsini kəsin, ortasını oyun, şəkər tozu ilə qarışdırılmış darçını (zövqə görə) səpin, sobada 10-15 dəqiqə bişirilir.

Nurlan

Next Post

Siqareti tərgitməyin əsas yolu açıqlandı

Be Sen 14 , 2020
Sosial-psixoloji amillər tütündən asılılığı müəyyənləşdirir, odur ki, insanın siqaretdən imtina etmək qabiliyyəti ilk növbədə düşüncə tərzi və davranış tərzi, həmçinin davranış stereotiplərindən asılıdır. Azfood.az Milli.Az-a istinadla xəbər verir ki, bu sözləri Milli Narkoloji Sağlamlıq İnstitutunun direktoru Oleq Zykov söyləyib. “Nikotin asıllığının əlamətlərini dayandırmaq çətin deyil, eyni zamanda asanlıqla həll edilir, […]