2023-cü ilə qədər trans yağların istifadəsindən tamamilə imtina edilə bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilə qədər qida məhsullarında trans yağlardan istifadəni ləğv etməyi planlaşdırır.

AzFood.az xəbər verir ki, bu niyyət Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus tərəfindən yayılmış bəyanatda da təsdiqini tapır.

ÜST-ün Cenevrədə yayımlanan hesabatında qeyd olunur ki, sənayedə istehsal olunan trans yağlarının istifadəsi nəticəsində hər il təxminən 500 min insan ürək-damar xəstəliklərindən vəfat edir.

Bu səbəbdən təşkilat 58 dövlətin 2021-ci ilin sonunadək 3,2 milyard insanı bu zərərli maddələrdən qoruyacaq qanunlar qəbul etməyə hazırlaşmasını müsbət qiymətləndirir.

Eyni zamanda, 100-dən çox ölkə qidaların hazırlanmasında trans yağlardan istifadəni aradan qaldırmaq üçün təşəbbüs göstərməlidir.

ÜST-dən verilən açıqlamaya əsasən, hələ ki, adambaşına düşən gəliri yüksək olan ölkələr trans yağların istifadəsini azaltmağa cəhd göstərir.

Nərmin

Next Post

Helmintoz xəstəliyi - Orqanizmi parazitlərdən necə təmizləyək?

Be Sen 14 , 2020
Helmintoz xəstəliyi parazitar qurdların (helmintlərin) insan orqanizminə daxil olub, ona tez zərər vermədən, öz metabolitləri ilə toxuma üzvlərini zəhərləyən, maddələr mübadiləsini pozan, orqanizmdən qida mənbəyi kimi istifadə edərək artıb çoxalan, digər xəstəliklərin əmələ gəlməsinə səbəb olan infeksion parazitar xəstəlikdir.       Bu xəstəlik bütün dünyada çox geniş yayılmışdır. Lakin […]