Gənclər və İdman Nazirliyi ilə AFFA bayraq aksiyası təşkil edib. “Report”un məlumatına görə, gənclər paytaxtın 3 fərqli hissəsində bayraqlar paylayıblar. Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova jurnalistlərə açıqlamasında aksiyanın “Biz birlikdə güclüyük” adlandığını bildirib: “Gənclər Azərbaycan vətəndaşlarına, əhaliyə bayraq paylayırlar. Hamıya bəllidir ki, gərgin döyüşlər gedir. Bayraqların eyvanlardan asılması, maşınlarda çox olması xalqımızın birliyidir, bayrağa […]

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 127 nəfər sağalıb, 110 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzFood-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40 229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 684-dür.  […]

Azərbaycan ordusunun bölmələri torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğratmaqda davam edir. AzFood xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda dövlətimizin atdığı addımları dəstəkləyir və daim ordumuzun, xalqımızın yanındadır. Şirkətlər Qrupuna daxil olan “AVT Nəqliyyat” şirkəti ordumuza dəstək təşəbbüsü həyata keçirib. Belə ki, hazırkı […]

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. AzFood-un məlumatına görə, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə ordumuza dəstək olmaq naminə “AZGRANATA” MMC də öz üzərinə düşən məsuliyyəti yerinə yetirərək Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüb. […]

“Az-Granata” MMC-nin İdarə Heyətinin sədri Şaiq Mirzəyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb. AzFood-un məlumatına görə, Şaiq Mirzəyev “Az-Granata” MMC-nin fəaliyyəti və istehsal etdiyi alkoqolsuz məhsullar barədə səfirə məlumat verib. Görüşdən məmnunluğunu ifadə edən səfir Bilal Haye şirkətin fəaliyyətini yüksək qiymətləndirib […]

Ötən gün Ağsu rayon Bico kəndində 2016-cı ilin aprel döyüşlərində igidlik göstərərək şəhid olan Ağsu rayon Bico kəndində doğulub böyümüş Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş “Uşu” idman növü üzrə Respublika Turniri baş tutmuşdur. Ağsu Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı, “Az-Granata” MMC-nin sponsorluğu ilə keçirilən […]

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev qismən səfərbərliklə bağlı detalları şərh edib. Oxu.Az-ın müxbirinin xəbərinə görə, Z.Abdullayev brifinqdə deyib ki, qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq, Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar […]

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa […]

Yaponiya Ayda yanacaq zavodunun tikintisini planlaşdırır. “Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib. Yaponiya mütəxəssislərinin hədəfi zavoddan Yerin peykinin mənimsənilməsi üçün istifadə etməkdir. Qeyd edilir ki, zavod göy cisminin Cənub qütbündə tikilə bilər. Alimlər həmin ərazidə buz mədənlərinin tapılacağını gözləyirlər. Yaponiya zavodun tikintisinin 2035-ci ildə reallaşdırılacağını nəzərdə tutur.