ÜST bu ölkənin COVID-19 vaksininə lisenziya verəcək – AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın hazırladığı COVID-19 peyvəndinə lisenziya verilməsini müzakirə edir.

Azfood.az publika.az-a istinadən xəbər verir ki, bunu ÜST-nin nümayəndəsi Katerina de Kat açıqlayıb.

“ÜST Rusiyanın səhiyyə orqanları ilə sıx əlaqədədir. Peyvəndin mümkün ilkin analizi ilə bağlı müzakirələr davam edir”, – “RİA Novosti” Katdan stat gətirib.

Peyvəndin lisenziyalaşdırılması üçün bütün təhlükəsizlik, effektivlik məlumatları ciddi şəkildə nəzərdən keçiriləcək və qiymətləndiriləcək.

Qeyd edək ki, peyvənd Rusiya Müdafiə Nazirliyi ilə Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. Peyvəndin sınaqları 18 iyun, 15 iyul və 20 iyulda baş tutub.

Səma Fərzəli

Next Post

Kimlərə yemiş yemək olmaz?

C Avq 7 , 2020
Şəkər xəstəsi, kəskin xora xəstəliyi, həmçinin hamilə və uşaq əmizdirən qadınlara yemiş yemək tövsiyə olunmur. AzFood.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) açıqlayıb. Mütəxəssislərin sözlərinə görə, yemiş ağır məhsul hesab olunur. Onunla əsas yemək qəbulları arasında qidalanmaq daha […]