Gün altında qaralmağın uşaqlar üçün bilmədiyiniz TƏHLÜKƏSİ

Azfood.az saglamolun.az-a istinadən bildirir ki, tanınmış ukraynalı pediatr Yevgeniy Komarovskiy öz youtube kanalında uşaqlar üçün “zaqar” almağın təhlükəsi haqqında danışıb.

Pediatrın sözlərinə uşaqlar ümumiyyətlə gün şüalarının altında olmamalıdır, onlar yalnız kölgədə, çətirin altında “zaqar” ala bilərlər. Məsələ burasındadır ki, uşaqların dərisi çox nazikdir və onlarda gün yanıqları çox tez inkişaf edir.

Gün yanıqları insanlarda dəri xərçənginin riskini artırır. Uşaqlar üçün belə yanıqlar xüsusilə təhlükəlidir. Həkimin sözlərinə görə, uşaq vaxtı 5 günəş yanığı epizodu böyüyəndə dəri xərçənginin riskini 80% (!) artırır.

Komarovskiy bildirib ki, çimərliyə yollananda və ya günəşli havada gəzməyə gedəndə uşağın bədəninin açıq yerlərinə mütləq günəşdən qoruyan krem çəkilməlidir. Uşaqlar üçün nəzərdə tutulan kremlərdən istifadə etmək lazımdır.

Səma Fərzəli

Next Post

“40 pillə” restoranının sahibi və müştəriləri cərimələndi

C Avq 7 , 2020
Səbail rayonunun Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polislər əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib. AzFood.az Report-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları həmin kafeyə yollanıb. Baxış zamanı […]