“40 pillə” restoranının sahibi və müştəriləri cərimələndi

Səbail rayonunun Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polislər əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.

AzFood.az Report-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları həmin kafeyə yollanıb.

Baxış zamanı kafedə 8 müştərinin olduğu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb. Kafenin sahibi və müştərilər barəsində toplanılan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və onların hər biri inzibati qaydada cərimə ediliblər.

Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq edilib.

Vüsalə Aslan

Next Post

Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə birgə tədqiqatlara başlanılıb

Şb Avq 8 , 2020
Azərbaycanın qiymətli, geniş yayılmış, tezyetişən 15 yerli süfrə və kişmişi üzüm sortlarından götürülmüş nümunələr üzərində tədqiqatlara başlanılıb. Tədqiqatlar Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Beynəlxalq Üzüm/Anaç Kolleksiyasının Yaradılması və Mühafizəsi” (Uluslararası Asma Çeşit/Anaç Koleksiyonunun Oluşturulması ve Muhafazası) layihəsi […]