Gün ərzində nə qədər qarpız yemək olar?

Dadlı və faydalı qarpız yay mövsümünün vazkeçilməzidir. Lakin hətta əsasən sudan ibarət olan qarpızı da müəyyən miqdardan çox yemək olmaz.

AzFood.az Saglamolun.az-a istinadla bildirir ki, Rusiya Elmlər Akademiyasının mütəxəssislərinin fikrinə görə, böyüklər gün ərzində 500 qr qədər qarpız yeyə bilərlər. Bu miqdar sağlam insanlar üçün nəzərdə tutulub. Məsələn, şəkər xəstələri bundan 2 dəfə az və yalnız əsas qida qəbulundan sonra yeyə bilərlər.

“Qarpız şəkərlə zəngindir – 100 qr qarpızda 5-10 qr şəkər var. Bu səbəbdən qarpızın çoxlu miqdarda istehlakı mədəaltı vəzini ciddi şəkildə yükləyir və həmçinin artıq çəkiyə səbəb ola bilər”, – alimlər bildirir.

Vüsalə Aslan

Next Post

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

Şb Avq 1 , 2020
Kənd Təsərüfatı naziri İnam Kərimova yeni müavin təyin edilib. Azfood Milli.Az və Trend-ə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərov nazir müavini təyin olunub. Digər sərəncamla nazir müavini İlham Quliyev vəzifəsindən azad edilib.