Bu şirkət artıq sifarişləri yenidən istifadə edilə bilən qutularda göndərəcək

Dünyanın ən dəyərli markası olan Amazon şirkəti bu həftədən etibarən təhvil veriləsi sifarişlərdən bəzilərini ev heyvanınız üçün yuvaya çevirən “daha ekoloji” qutularda göndərəcək. Bu yeni qutular şirkətin karbon ayaq izini (atmosferə buraxılan karbon qazı ilə çirklənmə) azaltmağa istiqamətlənən “Daha az bağlama, daha çox təbəssüm” kampaniyasının bir hissəsi kimi nəzərdə tutulub. AzFood.az bildirir ki, dayanıqlı gələcək formalaşdırmağa çalışan e-ticarət şirkəti bu qutuların necə dizayn edildiyini istehlakçılara çatdırmaq üçün QR Koddan istifadə edir. Bununla yanaşı, şirkət yenidən istifadə edilə bilən qutulardan istifadə etmək istəməyən müştərilərini isə təkrar istifadəyə təşviq edir.

Nurlan

Next Post

Diabet xəstələri koronavirusdan qorunmaq üçün nə yeməlidir?

Şb Avq 1 , 2020
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusdan qorunmaq üçün diabet xəstələrinin necə qidalanmalı olduğu barədə tövsiyə verib. AzFood.az xəbər verir ki, tövsiyədə COVID–19 xəstəliyini adətən yaşlı insanlar, həmçinin somatik xəstəlikləri olan şəxslərin daha ağır keçirdiyi qeyd olunub. Bildirilib ki, şəkərli diabet xəstələri də koronavirusa yoluxa biləcək yüksək risk qrupu altındadır, ancaq […]