Bu şəxslər üçün bağ salınır

Ehtiyaclar müəyyən edildikdən sonra həmin sahələrdə intensiv bağ təsərrüfatları salınacaq. Son müraciət tarixi 1 sentyabrdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsi çərçivəsində bu il daha 250 aztəminatlı ailə üçün intensiv bağ təsərrüfatları salınacaq.

Nazirlikdən AzFood.az-a verilən məlumata görə, özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 16 rayonu (Astara, Balakən, İsmayıllı, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəki, Şəmkir, Siyəzən, Xaçmaz, Yevlax, Zaqatala) əhatə edir. Həmin rayonlarda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər qeydiyyatdan keçmək üçün müvafiq ərazi məşğulluq mərkəzinə müraciət edə bilərlər. Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və topağın bağçılıq üçün yararlı olması əsas götürüləcək. Daxil olan müraciətlər əsasında 250 aztəminatlı ailə seçilərək ilk növbədə onlara məxsus torpaq sahələrində monitorinqlər aparılacaq. Ehtiyaclar müəyyən edildikdən sonra həmin sahələrdə intensiv bağ təsərrüfatları salınacaq. Son müraciət tarixi 1 sentyabrdır.

Nurlan

Next Post

Qida allergiyası niyə bu qədər geniş yayılıb?

Şb Avq 1 , 2020
Dünyanın hər yerində uşaqların qidalara qarşı allergiyası indi heç vaxt görünmədiyi qədər çoxdur. Biri küncüt, digəri yer fıstığı yedikdən sonra, həyatını itirən iki britaniyalı yeniyetmə allergiya ilə bağlı narahatlıqları daha da artırıb. Qərbi Avstraliyada altı yaşlı bir qız süd məhsullarına qarşı allergiyası səbəbi ilə ölüb. AzFood.az xəbər verir ki, son […]